Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Əməkdar artist: “Yazırlar ki, harada görsəm, tutub saçını yolacam”

Əməkdar artist, tanınmış aktrisa Xalidə Quliyeva əsəbiləşib.

Yenicag.az-a açıqlama verən aktrisa mənfi obrazların tamaşaçılar tərəfindən çox sərt qarşılandığını deyib:

“Çox vaxt tamaşaçı fikirləri bəsit olur. Onlar fərqinə varmadan mənfi obrazları canlandıran aktrisaları sərt tənqid edirlər. Yazırlar ki, harada görsəm, tutub saçını yolacam, başını kəsəcəm, yandıracam və s. Çox istərdim ki, onlar mənfi obrazları canlandıran aktrisaları tənqid etməkdənsə, onların necə gözəl oynadıqlarını qeyd etsinlər. Tamaşalar, seriallar barədə peşəkarların fikir bildirməsi lazımdır”.

Aktrisa müsbət obrazlarının sevildiyini, onlar haqqında xoş sözlər yazıldığını deyib:

“Sarı gəlin” serialındakı Gövhər xanım barədə müsbət fikirlər yazdılar. Amma “Cehizsiz gəlinlər”dəki obrazıma görə sərt tənqidlər oldu”.

Altı il ard-arda 6 seriala çəkilən X.Quliyeva bir müddət fasilə verdiyini də deyib:

“Dalbadal seriallara çəkilmək məni yordu. Həm də bəzi seriallar oldu ki, rol məni qane etmədi. Buna görə fasilə verdim. Amma artıq hazıram, yenidən çəkilmək istəyirəm”.

Cəvahir

www.yenicag.az

10542