Əməkdar artistdən ETİRAF: “O sualla onun qanını qaraldıb…”

“Amma verilişə çağırmadığım qonaqlar arasında məndən inciyən olub…”

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktrisa və aparıcı Dilarə Əliyeva“Verilişinzə çağırdığınız qonaqlarla aranızda inciklik yaşadığınız məqamlar olubmu?” sualına cavab olaraq bildirib.

Dilarə “Verilişdən öncə sizinlə, “Bu sualı mənə vermə”, – deyib şərt kəsənlər olubmu?” sualına da aydınlıq gətirib:

“Verilişə çağırdığım qonaqların arasında məndən inciyən olmayıb. Amma verilişə çağırmadığım qonaqlar arasında məndən inciyən olub. Deyiblər, bu qədər vaxtdır veriliş aparırsan, amma bir dəfə də olsun qonağın olmamışıq. Qonağıma müsahibəni qabaqcadan hazırlayıram. Söhbət əsnasında da onu bir psixoloq kimi çözməyə başlayıram. Yəni bu qonağın, ümumiyyətlə, yumor hissi, qavrama qabiliyyəti hara qədərdir? Bunu öyrənib vəziyyətə uyğun onunla davranıram. Çalışıram onun xətrinə dəyəcək heç nə baş verməsin. Nə düşündüyümü ona deyirəm, zarafatlar da edirik. Onun zarafata hansı zarafatla cavab verdiyini ölçüb-biçirəm, bu əhval-ruhiyyə ilə verilişi qururam. Yox, verilişdən öncə hansısa sualı vermək isəmədiyimi dəqiq bilirəm. Şərt kəsənlərim də olmayıb. O sualı verib onun qanını qaralda bilərəmsə, bu sualı vermirəm. Çünki bu, sırf əhval-ruhiyyə üzərində qurulmuş verilişdir. Qonağın əhvalı yüksək olmalıdır ki, pozitiv olmağı bacarsın”.

Cəvahir