“Plastik və estetik əməliyyatlardan həmişə qaçmışam və heç vaxt da etdirmək fikrim yoxdur. Baxıram ki, hamının dodağı, burnu bir-birinə bənzəyir. Nə qədər dolğu vurulmuş sifətlər var. Kənardan çox bayağı görünür. İstəmirəm belə görünüm”.
Bu sözləri Yenicag.az-a açıqlamasında doğum gününü qeyd edən əməkdar artist, tanınmış aktrisa Hicran Nəsirova deyib.
Aktrisa yaşlanmaqdan qorxmadığını bildirib:
“Üzümdə qırışlarım var. Hərdən uşaqlarım deyir ki, ana, sən də özünə əl gəzdir. Amma istəmirəm. Heç əməliyyat etdirənlərə də pis baxmıram, öz işləridir. Amma hər yaşın öz gözəlliyi var. İnsan gənc olanda zamanın necə keçdiyini hiss etmir, amma 40-50-dən sonra vaxt sanki uçur. Onsuz da həyatın qanunu ilə barışmalı və qəbul etməliyik. Qadını gözəl göstərən onun ruhudur .Yaş artdıqca qadının daxili gözəlliyi üzündə əks olunur. İçi paxıl, qurdludursa, o qurdlar üzə çıxır, içi təmizdirsə, çöhrəsinə nur gəlir. Buna görə də, iç dünyamızı kirlətməyək”.
Cəvahir