Space telekanalında yayımlanan “Nahara qədər” verilişinin qonağı olan tanınmış müğənni, əməkdar artist Firuzə İbadova maraqlı açıqlamalar verib.
Yenicag.az xəbər verir ki, illərin sənətçisi sənətə yeni gələn müğənnilərlə bağlı fikirlərini bölüşüb.
O qeyd edib ki, sənətə yeni gələn müğənnilərlə işləyən insanlar onlara yol göstərməlidir. Başa salmalıdır ki, harada necə davranmaq lazımdır:
“Başa salmalıdır ki, hansı suala hansı cavabı verməlidi və ya hansı sual qarşısında susmalıdır”.
Əməkdar artist sənətə yeni gələn ifaçılara tövsiyələrini də verib: “Gənc müğənnilər diqqətli olmalı, illərin müğənnilərinə çox qulaq asmalıdır ki, onların təcrübəsindən yararlansın. Hər şey düzələcək. Amma mən istəməzdim ki, onlar yaddaşlarda elə qalsınlar”.
Qeyd edək ki, sözügedən veriliş həftəiçi hər gün saat 12:30-da əməkdar artist Sevinc Əliyeva və Şəbnəm Turanın təqdimatında yayımlanır. Verilişin informasiya dəstəkçisi Yenicag.az saytıdır.
Cəvahir