Əməkdar artist, Opera səhnəsinin cazibədar Leylisi Gülüstan Əliyeva qalmaqallı sözləri ilə gündəmi bir-birinə vurub.
Yenicag.az-a açıqlama verən əməkdar artist sənətin bitdiyi yerdə qalmaqalın başlandığını deyib:
“Sənətin qurtardığı yerdə qalmaqal başlanır. Heç vaxt qalmaqal, dedi-qodu və qarderobumdakı paltarlarımın qiyməti ilə gündəmə gəlməmişəm. Gülüstanın paltarının qiyməti kimin üçün maraqlıdır? Kimin nəyinə lazımdır, mən onu beş min manata almışam, ya 100 manata. Məni dinləyənlər üçün önəmli olan səsim və sənətmdir. Novruz bayramında Kanadada konsert verəndə tamaşaçılar Azərbaycan bayrağını dalğalandırıb, mənimlə bərabər oxuyurdular. Onda heç tamaşaçı üçün geyindiyim libas önəmli deyildi. Heç kimi qınamıram da, kim necə istəyər elə də gündəmə gələr. Mən özümə cavabdehəm”.
Əməkdar artist yaradıcılıq planlarını da açıqladı:
“Mayın 10-u ulu öndərin doğum günü Qubada açıq havada solo-konsert proqramı ilə çıxış edəcəm. Mayın 18-19-u isə Gəncə Filarmoniyasında solo konsertim olacaq. Bu konsert proqrammı Cümhuriyyətimizin 100 illiyinə həsr olunub”.
Cəvahir