!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən qalmaqallı sözlər: “Pullu arvad axtarır ki, "şotuna" kef eləsin"

!Reklam – Yazi

Əməkdar artist, tanınmış aktrisa Nahidə Orucova şəxsi həyatından danışıb.

İkinci dəfə ərə getməyəcəyini deyən aktrisa Yenicag.az-a açıqlamasında kişilərdən gileylənib:

“Qəşəng arıqlamışam, özümün də özümdən xoşum gəlir. Hər kəs təriflər yağdırır. Dost-tanış hərə bir tərəfdən soruşur ki, Nahidə ərə getməyə hazırlaşırsan? Xeyr, ikinci dəfə ərə getməyi düşünmürəm. Çünki bu gün ərə getmək üçün özümə layiq olan birini görmürəm. Bəziləri kimi heç özümə kişi də axtarmıram. Çünki kişilərin çoxu bu dəqiqə özünü yükləməyə arvad axtarır. Pullu arvad axtarır ki, “şotuna” kef eləsin. Eləsinə də alfons deyirlər. İstəyirlər qadının evi, maşını, yaxşı qazancı olsun. Bu da oturub xımır-xımır xərcləsin. Mən nə qazanıramsa, özümə aiddir, kişilərə xərcləməyə pulum yoxdur.

Əsl kişilər keçmişdə qaldı, mənim cavanlıq illərimdə. O vaxt da günah özümdə oldu. Ətrafımda pərvanə kimi dolanan yaraşıqlı kişiləri özümdən uzaqlaşdırdım. Çünki başım karyera qurmağa qarışdı, vaxt keçdi və yaxşı kişilər də əlimdən çıxdı. Mənim üçün ölən kişiləri arvadlar qapazladı”.

Cəvahir

www.yenicag.az

3819
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv