Əməkdar artistdən SƏMİMİ ETİRAF: “Həddən artıq əsəbiləşəndə…”

“Ondakı komplekssizlikdən mən də istəyərdim”.

Bunu tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyeva kompleksləri ilə bağlı danışarkən Yenicag.az-a açıqlamasında deyib.

Həm xarakteri, həm də görünüşü ilə bağlı komplekslərindən narahatlıq keçirdiyini deyən aktrisa bu komplekslərdən azad ola bilmədiyini qeyd edib:

“Təbii ki, hamının kompleksləri var. Bu, xarici görünüşlə də əlaqəli ola bilər, xarakterlə də. Kimsə desə ki, mənim heç bir kompleksim yoxdur, nə xoş onun halına. Ondakı komplekssizlikdən mən də istəyərdim. Qaldı ki özümə, daxili komplekslərim var. Həddən artıq gərginləşdiyim, çox əsəbiləşdiyim məqamda məni hıçqırıq boğur, boğazım tutulur. O məqamda danışa bilmirəm, qəhərlənirəm, çünki bilirəm ki, danışsam, ağlayacam. Belə olanda da kənardan çox zəif görünürəm. Heç cür bu xasiyyətimdən azad ola bilmirəm. Bu kompleks məni həddən artıq sıxır. İstəyirəm, sözümü deyim, ağlamaq tutur. Belə olmasını qəti istəmirəm.

Xarici görünüşə gəlincə, çəkim artan kimi başlayıram kompleksə düşməyə. Həmin vaxt da özümdən xoşum gəlmir. Görünüşümlə bağlı müəyyən detallar da var ki, onlar məni narahat edir. Hələ indi yox, zaman-zaman o komplekslərimdən azad olmağı düşünürəm. İnşallah ki, nə vaxt ki qərar verəcəm, onda həmin komplekslərimin nədən ibarət olmasını açıqlayacam. İndidən bunu demək istəmirəm”.

Cəvahir