!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən SƏRT İRAD: “Maşınının markası kimin nəyinə gərəkdir, sənət göstər”

!Reklam – Yazi

“Çıxıb efirdə kiminsə ünvanına şər-böhtan danışır, nədir-nədir gündəmə gələcək”.

Bunu Əməkdar artist, tannımış müğənni Rəhilə Bəndəliyeva Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi aparıcıları da qınaq atəşinə tutub:

“Aparıcı verilişinə dəvət etdiyi sənət adamına sənəti ilə bağlı suallar verməlidir. Müğənnini efirə çağırıb qalmaqala salmamalıdır. Bəlkə də, bizim vaxtımızda qalmaqallar olurdu, amma üzə çıxarmırdılar, həm də bu dərəcədə deyildi. Amma sənəti olan insan öz sənəti barədə danışmalıdır. Ailədən, şəxsi həyatdan danışmağın nə mənası var axı?! Yaxud da baxırsan, çıxıb efirdə kiminsə ünvanına şər-böhtan danışır, nədir-nədir gündəmə gələcək. Belə şeyləri mənasız hesab edirəm. Elə sənəti varsa, sənəti ilə gündəmə gəlsin. Camaat onun səsini dinləyir, geyiminə, hansı marka maşın sürməyinə baxmır ki…

Radioda müğənninin ifasını dinləyən dinləyici onun gözəl avazından zövq alır, paltarından yox. Çünki həmin dinləyici radioda ifa edən müğəninin nə maşınının markasını görür, nə geyindiyi paltarı hansı qiymətə aldığını bilir, nə də varından-pulundan xəbəri var. Səsi dinləyir və “əhsən sənə”, – deyib alqışlayır. İnanın, o qalmaqal, dedi- qodu sənətə xələl gətirir. Özləri bilər, həyat onlarındır, necə istəyirlər, elə də yaşayırlar. Süleyman Rüstəmin yaxşı bir misrası var, həyat yaşamağı bacaranındır. Bacarana can qurban”.

Sənətçi vaxtilə özünün də qalmaqala çəkildiyini, lakin buna etiraz etdiyini bildirib:

“Vaxtilə məni də qalmaqala çəkənlər olub, amma buna imkan verməmişəm. Aparıcı olub ki, deyib, gəl kiminləsə qalmaqal yaradaq, gündəmə gəl, demişəm, mənə elə gündəm lazım deyil”.

Cəvahir

www.yenicag.az

772
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv