Əməkdar artistdən SƏRT REAKSİYA: “Ar olsun sizə!”

“Ar olsun!”

Yenicag.az xəbər verir ki, bunu tanınmış aktyor və rejissor, Əməkdar artist Nofəl Vəliyev Anım Günündə Vətən müharibəsində canlarından keçən şəhidlərimizə hörmətsizlik edən insanlara səslənərək deyib.

O belə bir gündə sosial şəbəkə hesablarında əyləncəsindən qalmayan, şadyanalıq edən, bununla da torpaq uğrunda canından keçib şəhadət zirvəsinə ucalan şəhidlərimizin ruhuna sayğısızlıq göstərən insanlara sərt reaksiya verib:

“Təklif edirəm ki, bu gün yeyib-içməkdə, şənlikdə, çimərlikdə, yarıçılpaq geyimdə şəkil paylaşan azərbaycanlıları ön cəbhəyə yollasınlar. Bəlkə, onda anlayarlar şəhid ailələrini. Ar olsun”.

Cəvahir