“Allah yaratdığını sən nəkarəsən öldürəsən?”
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov ailə münaqişəsi zamanı həyat yoldaşını qətlə yetirən kişilərlə bağlı etiraz səsini ucaldarkən deyib.
Son vaxtlar günü-gündən artan qadın qətllərinə münasibət bildirən aktyor istənilən halda, kişinin bu dəhşətli vasitəyə əl atmasına qarşı çıxıb:
“Qadının hər hansı bir səhvi, günahı varsa, onun bir yolu var, boşanmaq. O öz yoluna, sən də öz yoluna”.
Ətraflı videonu təqdim edirik:
Cəvahir
Samir Məcidov