Əməkdar artistdən SƏRT REAKSİYA: “Məni o həddə çatdırdılar ki…”

“Mən ötüb keçdikcə, susduqca, danışmadıqca, yolumu çox bağlayıblar”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nigar Şabanova “Özəl mətbəx” verilişində deyib.

Sənətçi susduqca, cavab vermədikcə üstünə daha sərt şəkildə gəldiklərini, dolayısı ilə mərdi qova-qova namərd etdiklərini bildirib. Buna görə də, o bu cür insanlarla daha sərt formada davranmağa başladığını etiraf edib:

“Zamanında çox susmuşam, ötüb keçmişəm. Mən ötüb keçdikcə, danışmadıqca, yolumu çox bağlayıblar. “Başından vur, çörəyini al”, bax, bu həyatı yaşamışam. Sonradan sözümü həzm edə bilməyən insanlar, məni özləri gətirib bu həddə çatdırıblar ki, Nigar sözün düzünü acı şəkildə, birbaşa üzə deməyi özünə borc bilsin. Yəni səni xoş, mülayim qəbul edə bilmirik, gəl, bizimlə belə acı danış”.

Nehru

COP29