Space telekanalında yayımlanan “Nahara qədər” verilişinin qonağı olan əməkdar artist, qarmon ifaçısı Gövhər Rzayeva maraqlı açıqlamalar edib.
Yenicag.az xəbər verir ki, qarmon ifaçısı müasir toylardan narazılığını ifadə edib:
“Keçmiş toylarda, hamı düşüb ortalığa oynamazdı. Handa bir qadını güclə durub oynadırdılar. Nə olub, bəsdir də oynadın. Bir həyatı başa düşün də. Onda qulaq açırdılar, xanəndə oxuyurdu. İndi kimin başı kimin ayağındadır, bilinmir, düşüblər ortalığa”.
Qeyd edək ki, sözügedən veriliş həftəiçi hər gün saat 12:30-da əməkdar artist Sevinc Əliyeva və Şəbnəm Turanın təqdimatında yayımlanır. Verilişin informasiya dəstəkçisi Yenicag.az-a saytıdır.
Cəvahir