Əməkdar artistdən XƏBƏRDARLIQ: “Onu qızışdırmayın, sizi parçalayar”

“Onu hövsələdən çıxarmayın, yoxsa çox təhlükəli ola bilər. Hücum edib, sizi parçalayar”.

Bunu qarşıdan gələn Pələng ili ilə bağlı gözləntilərindən danışarkən tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor pələng ilində insanlara səbirli, hövsələli olmağı tövsiyə edib. Əks halda, onlar üçün təhlükələrin qaçılmaz olacağını bildirib:

“Pandemiya qurtarmayana qədər qarşıdan gələn Pələng ilindən heç nə gözləmirəm. Heç inanmıram pələng kimi güclü heyvan da pandemiyanın öhdəsindən gələ bilsin. Bəziləri pələngdən qorxur, çəkinir, ehtiyat edir. Ümumiyyətlə, özündə güc olan varlıqlar- istər heyvan olsun, istərsə də insan, o varlıqda ki, güc var, heç bir vaxt birinci hücuma keçmir. Ta ki onu qızışdırıb hövsələdən çıxarmasan. Pələng də güclü heyvandır. Onu qızışdırmasan, sənə hücum etməz.

Onu da biləsiniz ki, hər bir güclü insanın özündə bir pələnglik var. O sənə dözə bilər, lakin axırda hövsələdən çıxıb, elə bir hərəkət edər ki, heç yatıb yuxuna da girməz. O məqamda insan çox təhlükəli ola bilər.

Mən 46 yaşımda kliniki ölüm keçirən adamam, həmin vaxtdan özümü dərk etmişəm. Ölümdən də qorxmuram. İnsanlara demək istəyirəm ki, mən heç ölümdən qorxmuram, o ki qala pələngdən. Gəlsin, hələ bir, göstərsin gücünü…”

Cəvahir