Əməkdar artistdən XOŞ XƏBƏR: “İki səbəbdən buna razılıq verdim” – FOTOLAR

Çoxdandır ki, film və seriallarda görünməyən tanınmış aktrisa əməkdar artist Suğra Bağırzadə nəhayət ki, yaradıcılığındakı sükunəti pozub. Aktrisa yeni seriala çəkilməyə razılıq verib.

Bu barədə Yenicag.az-a açıqlama verən aktrisa iki səbəbdən seriala çəkilməyə razılıq verdiyini bildirib:

“Çoxdan idi ki, tamaşaçılarım məndən seriallara çəkilməməyimlə bağlı suallar verirdi, bunun səbəblərini soruşurdu. Mən də darıxmışdım, nəhayət ki, “Urusyet qızı” adlı serialda çəkilməyə razılıq verdim. Bu seriala çəkilməyə iki səbəbdən razılıq verdim. Birincisi, Elnur Əliyevin filmləri ilə tanışam və rejissor olaraq onun işlərini çox bəyənirəm. Digər səbəb serialın komik janrda çəkilməsidir. Çoxdandır ki, komediyada çəkilməmişəm. Həmişə rejissorlar məni ağır, təmkinli qadın və ana obrazlarına dəvət ediblər və çəkiblər. Bu dəfə isə serial komediya janrında çəkildiyi üçün böyük məmnuniyyətlə razılıq verdim. Bir də ən vacib məqam budur ki, serialda rol alanların hamısı peşəkar aktyorlardır. Hadisələr kəddə cərəyan edir. Həyat yoldaşım yüngül təbiətli insan olduğundan başına bir çox bəlalar gəlir. Onun üzündən eyni problemləri mən də yaşamalı oluram. Qısqanc qadın obrazında çıxış edirəm. Düşünürəm ki, tamaşaçılar tərəfindən maraqla izləniləcək”.

Cəvahir