Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Əməkdar artistə PUL "ATDILAR": “Onu biabır edəcəm” - QALMAQAL - Video

Əməkdar artist Naibə Allahverdiyevanı aldadıblar.

Yenicag.az-a açıqlama verən aktrisa seriala çəkildiyini, lakin pulunun verilmədiyini bildirib:

“Səhhətimdə ciddi problemlər vardı, müalicə olunurdum, buna görə də pula ehtiyacım vardı. Yerli serialların birinə çəkildim, amma pulumu vermədilər. Hər gün zəng edib soruşuram ki, qardaş, pulumu niyə vermirsiz? Deyir, pul yoxdur. Adama deyərlər, pulun yoxdursa, niyə serial çəkirdin? Tək mən yox e, əksər həmkarlarım mənim günümdədir, aldadılaraq seriala çəkilir, amma pulları verilmir. Mən Hollivudda yaşamıram e, pula-pul deməyim, maaşa baxan adamam. Səhərdən axşama qədər kameralar qarşısında əziyyətlə rolumu oynamışam; axırda da belə. Haramları olsun, insanın əməyini belə mənimsəməzlər. Rusiyada, Türkiyədə bir aktyorun serialdan aldığı qonorarı eşidəndə adam şoka düşür. Həmin pula bir villa almaq olar. Amma biz aktyorlar qəpik-quruşa çəkilirik, onu da aldadıb vermirlər. Söz də deyəndə, and-aman edirlər ki, pulumuz yoxdur. Bizim kimi peşəkar aktyorlara, aktrisalara çatanda pul tapılmır, amma başqa şeylərə elə tez pul tapırlar ki…”

Əməkdar artist serialın adını və ona ödəniləcək məbləği açqlamadı:

“Ad açıqlasam, acığa düşüb heç qəpik də verməyəcəklər. Gözləyirəm, qonorarımı verməsə, onu biabır edəcəm”.

Cəvahir
Yenicag.az

Loading...

www.yenicag.az

716
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100