Bir çox məşhurlardan sonra Əməkdar artist Elnarə Abdullayevanın da adından dələduzluq edilib.
Yenicag.az xəbər verir ki, bu barədə sənətçi özü açıqlamasında məlumat verib. Müğənni tanımadığı şəxsin dostlarına zəng edərək, onun adından pul istədiyini deyib.
“Son zamanlar dələduzluq halları ilə rastlaşdığımız hamıya məlumdur. Bəzi dələduzlar əhatəmdə olan dost, tanışlara zəng edib adımdan pul istəyir. Şikayət edilib və aidiyyəti üzrə iş nəzarətə götürülüb”.
Elnarə dələduzların qurbanına çevrilməməsi üçün hər kəsə çağırış edib:
“Bu tip məlumatlara qətiyyən inanmayın və pul göndərməyin”.
Cəvahir