Əməkdar artistə qurbağa əti yedirtdilər – VİDEO

Əməkdar artist İlkin Əhmədovun Pekində başına iş gəlib.

Yenicag.az xəbər verir ki, xanəndə məcburiyyət qarşısında qurbağa əti yediyini deyib:

“Pekində tədbirdə idik. Bir az qarışıqlıq düşdü. Dedilər ki, alın pulunuzu, harda yemək tapırsınızsa, tapın, yeyin, 1-2 gün özünüzü belə idarə edin. Tarçalan dostumla bir restorana girdik. Dedik ki, bunlar nə yesə, biz də ondan yeyərik. Baxdıq ki, turistlər toyuq buduna oxşayan yemək yeyir. Baxıram ki, dadı pis deyil, normal gedir. Sonra dedilər ki, bu qurbağa ətidir. Dadlı idi”.

Əməkdar artist yeməyə görə 50 dollar hesab ödədiyini deyib.

ARB-nin “Söhbət var” verilişindən olan görüntüləri təqdim edirik:

Nehru

COP29