Reklam

Reklam

Əməkdar artist, tanınmış aktrisa Naibə Allahverdiyeva qatırdan yıxılaraq zədə alıb.

Yenicag.az-a açıqlama verən aktrisa Şabran rayonunda başına iş gəldiyini deyib:

“Şabranın Xəlifələr kəndinə gəldim ki, bayramı baldızımgildə keçirim. Son vaxtlar əlim aşagı olduğunu, kasıbladığımı baldızıma dedim. O da mənə dedi ki, ağ rəngli eşşəyə minsən, yolun açılacaq, ruzu-bərəkətin artacaq. Ağ eşşək tapıb mindim. Sən demə, bu qatır imiş. Qatır da dəli olur axı. Minməyimlə qatırın məni götürüb aparmağı bir oldu. Qışqırıb haray saldım, köməyə gəldilər, qatır məni çaya atdı. Allah istədi ki, başım daşa dəymədi, amma ciddi zədə aldım. Yəqin gözə gəldim, mənə nəzər tez dəyir”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1510
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.