Əməkdar artistin cazibədar qızı: “Bu gözəlliyi heç kim görmür” – FOTOLAR

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva tədbirlərin birində fotokameramıza poz verib.

Yenicag.az– a açıqlama verən əməkdar artistin cazibədar qızı gözəllik haqqında fikirlərini bölüşüb:

“Heç vaxt özümü gözəl qız saymamışam. Gözəl olmaq məcburiyyəti də hiss etməmişəm özümdə. Düşünürəm ki, insanı gözəlləşdirən içindəki işıqdır. İnsan var ki, qüsursuz gözəldir, amma içində işıq yoxdursa, bu gözəlliyi heç kim görmür”.

Aynişan bu yaxınlarda sevimli itinin öldüyünü də deyib. Gözə, nəfsə inanmasa da, itinin ölümünü nəfslə əlaqələndirib:

“Deyirlər nəfs var, amma mən belə şeylərə inanmıram. Anam hərdən evdə üzərlik yandırır. Bu yaxınlarda sevdiyim itim öldü. O itimə o qədər bəxtəvərçilik verən var idi ki, düşündüm ki, yəqin nəfsə gəldi. Bir həftənin içində öldü, heç bilinmədi dərdi nədir. Həkimlərə də apardıq, dərdinə əlac tapılmadılar”.

Cəvahir
Foto:Cəmalə

COP29