Əməkdar artist Nahidə Orucovanın evi qarət olunub.
Yenicag.az xəbər verir ki, aktrisa evindən təxminən 1600 manat pul oğurlandığını bildirib.
O, evini müvəqqəti yaşamaq üçün uzun müddət tanıdığı şəxsə verərək, başqa yerə getdiyini, hadisənin həmin müddətdə baş verdiyini deyib:
“Daxıl kimi istifadə etdiyim gülqabının içinə 50 qəpikliklər yığırdım. Məbləğ təxminən 1600 manat edirdi.
İllərlə tanıdığım, etibar etdiyim insan idi. Gözyaşı tökürdü ki, küçədə qalmışam. Mən də evə buraxdım. Bir xahişim oldu ki, yataq otağıma girməsin və evə başqa adam gətirməsin”.
Aktrisa bir müddət sonrs evinə qayıdanda pulun oğurlandığını görüb.
Əməkdar artist bunu “Təsir dairəsi” verilişində deyib.
Nehru