Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova arxiv fotosunu yayıb.
Yenicag.az xəbər verir ki, aktrisa 24 il əvvəlki fotosunu “Instagram” hesabında paylaşıb.
O, fotosunu, “Səhv eləmirəmsə, haradasa, 1998-ci ildir. Saçıma bircə dəfə də olsun fen dəyməmişdi. Amma indi baxıram, sanki “uklatka” olunub. Saçıma ilk dəfə fen 30 yaşımda dəyib”, – şərhi ilə təqdim edib.
Foto sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Aradan 24 il keçməsinə baxmayaraq, onun görünüşünün dəyişməməsi təəccüb doğurub.
Aktrisanın fotosunu təqdim edirik:
Nehru