Reklam: High Technic
hightechnic

Əməkdar artistin oğlu azadlığa çıxdı

Aktyor Rəhman Rəhmanovun həbsdə olan oğlu Emil Rəhmanov azadlığa çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Maraqlıdır ki, bir müddət əvvəl saytımıza müsahibə verən əməkdar artist övladının 2018-ci ildə azadlığa çıxacağını bildirmişdi.

Qeyd edək ki, “Azəri-star” mahnı müsabiqəsinin iştirakçısı olmuş Emil Rəhmanov 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2016-cı ildə məkhəmənin qərarı ilə daha iki il müddətinə həbsxanaya göndərilib.

Onu da qeyd edək ki, Emil Rəhmanov evlidir, Əli adında oğlu var.

www.yenicag.az

3248