“Vicdan haqqı” serialının Vüsalı, Rus dram Teatrının gənc aktyoru İbrahim Çingiz avtomobil qəzası keçirib.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində aktyorun idarə etdiyi “BMV” markalı avtomobilinə ciddi ziyan dəyib.
Ç. İbrahim xəbəri təsdiqləyib:
“Hadisə iki gün bundan əvvəl baş verib. Avtomobilimi vurdular, qarşı tərəfin günahı idi. Amma hadisə olanda olur. Heç kim bundan sığortalanmayıb. Avtomobilimə ciddi ziyan dəyib. Əsas odur ki, özüm sağ-salamat qurtarmışam. Amma bu xəbərlə özümə reytinq qazanmaq istəmirəm”.
Qeyd edək ki, İbrahim əməkdar artist Çingiz Əhmədovun oğludur.
Cəvahir
Yenicag.az