Əməkdar artistin ailəsində FACİƏ – Oğlu sükan arxasında öldü – SON DƏQİQƏ

Əməkdar artist, Gəncə Dövlət Teatrının aktyoru Salam İsmayılın oğlu faciəvi şəkildə dünyasını dəyişib.

Bu barədə Yenicag.az-a aktyorun həmkarı və yaxın dostu, əməkdar artist Novruz Cəfərov xəbər verib:

“Oğlunu itirməklə Salamın beli büküldü. Özü də elə faciəli ölümü Allah heç bir ataya göstərməsin. Azər cavan idi, amma səhhətində müəyyən problemlər vardı. Taksi sürücüsü kimi fəaliyyət göstərirdi. İşıqforun qırmızı işığında dayanıb, yaşıl işıq yanıb, maşını yerindən tərpənməyib. Ətrafdakılar siqnal versələr də, xeyri olmayıb. Gəlib baxıblar ki, yazıq keçinib. Ürəyindən idi. İki azyaşlı övladını qoca atasının ümidinə qoyub getdi”.

Qeyd edək ki, S.İsmayıl “Yük”, “Cavadxan”, “Koroğlu” və digər filmlərdə də rol alıb.

 

Cəvahir
Yenicag.az

COP29