Əməkdar artistin qızı QARƏT OLUNDU

Tanınmış aktrisa, Əməkdar artist Kubra Əliyevanın qızının Türkiyəyə gedərkən Bakıda hava limanında çantası oğurlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər verilişində açıqlama verib.

Hadisə bir neçə gün əvvəl baş verib. Oğurlanan çantada pul və qızıl əşyaları olub.

K.Əliyeva açıqlamasında hadisədən dərhal sonra polisə müraciət etdiyini bildirib. İşə polis qarışandan sonra əşyalar tapılaraq sahibinə qaytarılıb.

Cəvahir