Əməkdar artistin qızına TOY HƏDİYYƏSİ – VİDEO

Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızının toyu olub.

Yenicag.az xəbər verir ki, sənətçi qızına toy hədiyyəsi edib.

Fərqanə Qasımova görüntüləri sosial şəbəkə hesabında paylaşaraq belə yazıb:

“Qızıma hədiyyəm mahnımla gəlişi oldu. Allah bütün övladları xoşbəxt eləsin”.

Fatimə “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidlə nişanlanıb. Sənətçinin oğlu da atası kimi nağara ifaçısıdır və Natiq Şirinovun ansanblında fəaliyyət göstərir.

Cəvahir