Əməkdar artistin toyundan FOTO – 29 il sonra üzə çıxardı

Əməkdar artist, aktrisa Kəmalə Müzəffər illər öncə baş tutan toyundan foto paylaşıb.

Yenicag.az xəbər verir ki, aktrisa həmin günü belə xatırlayıb:

“1990-cı ilin iyul ayı. Çox isti idi, əllərimi uzadıb su içmək istəyən kimi anam uzaqdan elə tərs-tərs baxırdı ki… Qorxudan əlimi çəkirdim. Toyun sonuna qədər sakitcə, dinməz-danışmaz, susuzluqdan yana-yana oturdum. Toyun sonunda “Vağzalı” ilə bizi yola salanda, anama baxdım. Çox xoşbəxt idi. Çünki onun istədiyi kimi gəlin olmuşdum. Başıaşağı, dinməz, tərpənməz. Elə mən özüm də xoşbəxt idim. Anamı razı saldığım üçün. Çoxsağol ana. Bütün qadağaların, olmazların məni mən etdi”.

Fotonu təqdim edirik.

Nehru