Əməkdar artisti, Mayestro Ceyhun ləqəbi ilə tanınan skripkaçı Ceyhun İsmayılovun bağ evindən oğurluq edilməsi ilə bağlı mətbuatda xəbər yayılıb.
Ötən il iyulun 20-də villanın 2-ci mərtəbəsindəki yataq otağındakı seyfdən açar seçmə üsulu ilə xeyli miqdarda pulun Ceyhunun evində bağban və xidmətçi işləyən və həmin evdə yaşayan ər-arvadın oğlu tərəfindən oğurlandığı deyilir.
C.İsmayılov Yenicag.az-a açıqlamasında xəbəri təkzib edib. O, sualdan əsəbiləşərək belə cavab verib:
“Mən 10 gündür xarici ölkədəyəm. Nə oğurluq, nə pul? Kim nə yazıb, məni maraqlandırmır. Məni narahat etməyin”.
Cəvahir