Əməkdar artistin xanımı: “Yaxınlaşanda gördüm, can verir”

“Belə tez həyatdan köçəcəyini ağlıma sığışdırmırdım. Kaş ki oğlunun, qızının toyunu, nəvələrini görəydi…”

Yenicag.az xəbər verir ki, bu sözləri mərhum aktyor, əməkdar artist Ələsgər Məmmədoğlu ilə bağlı onun həyat yoldaşı Nazilə Mənsimova “O üz” verilişində danışarkən deyib.

O, aktyorun ağır xəstəliyə yaxalandığını təsadüfən öyrəndiklərini bildirib. Həmin vaxt isə həkimlər artıq gec olduğunu deyiblər:

“Heç bir xəstəlikdən şikayəti yox idi. Bir çəkilişdə olanda dişindən qan gəlib. Elə gələndə gördüm, halsızdır, soruşdum, nə olub? Dedi, heç, çəkiliş vaxtı dişim qanadı. Rəngi solmuşdu, baxdım ki, gözlərinin də içi saralıb. Həkimə apardıq, dedilər ki, gecikib, aparın evə. Onkologiya xəstəxanasına da apardıq. Orada da eyni sözü dedilər. İşdə kimsə Ələsgərə deyib ki, İrana getsən, sağalarsan. Bilirdik, gecdir, amma apardıq. Orada həkimlər dedi ki, bunu tez evə aparın. Evə gələndən üç gün sonra dünyasını dəyişdi. Deyib-gülürdü. Qəfildən əli pəncərəyə dəydi, yaxınlaşanda gördüm can verir”.

Nehru

COP29