Əməkdar artist, tanınmış aktyor və rejissor Nofəl Vəliyev Xankəndi ilə bağlı arzusunu dilə gətirib.
Yenicag.az xəbər verir ki, o, üç il əvvəl sosial şəbəkə hesabında paylaşdığı “İnşallah, zəfər çalaq, Xankəndidə Teatrın bədii rəhbəri özüm olacam” statusunu yenidən paylaşıb.
Sənətçi sözünün qüvvədə qaldığını bildirərək, yarızarafat, yarıgerçək sözünü deyib:
“Sözümüz sözdür. Xankəndi Teatrının bədii rəhbəri özüm olacam. Xahiş edirəm, başqa təkliflər verilməsin”.
Cəvahir