Uzun sürən xəstəlikdən vəfat edən əməkdar jurnalist, yazıçı-publisist Ziyəddin Sultanov bu gün dəfn edilib.
Yenicag.az xəbər verir ki, bu barədə mərhum jurnalistin yaxınları məlumat yayıblar.
Qeyd edək ki, “Tərəqqi” medallı Z.Sultanov 1951-ci ildə Ağdamda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
Qarabağ müharibəsi başlandığı gündən cəbhə bölgələrində olan Ziyəddin Sultanov bir jurnalist kimi hadisələrin ən gərgin nöqtələrindən – Xankəndidən, Şuşadan, Ağdamdan, Laçından, Xocalıdan, Kəlbəcərdən xəbərlər verib.
O, “Qarabağ gündəliyi”, “Xocalı faciəsi”, “Ağdərədən gələn var”, “Əsirlər, itkinlər, girovlar”, “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr”, “Göylərdən gələn gəlin”, “Gəlin gedək Qarabağa” və digər kitabların müəllifidir.