ƏMƏLİYYAT: Çətənə bitkisi yetişdirən şəxs tutuldu

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Fəxrəddin Nəcəfov saxlanılıb.

F.Nəcəfovun pay torpaq sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 98 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli RPŞ-də araşdırma aparılır.

COP29