Məşhur skripkaçı, virtuoz ifaçı Dagmar Turner əməliyyat masasında iki saat skripka çalıb.
Yenicag.az xəbər verir ki, 2013-cü ildə beyin şişi diaqnozu qoyulmuş və müalicəsi nəticəsiz olan musiqiçiyə əməliyyat olunacağı bildirilib.
Bir müddət əvvəl həmkarının əməliyyatdan sonra skripkada çalmaq qabiliyyətini itirdiyini görən Turner bu addımı atmağa qərar verib.
Böyük Britaniyanın paytaxtı Londonda yerləşən xəstəxanaların birində aparılan əməliyyat uğurla həyata keçib.
Əməliyyatdan sonra 53 yaşlı Turner bu sözləri deyib: “Skripka mənim üçün hər şeydir, 10 yaşından skripka çalıram. Bu bacarığımı itirmək mənim üçün bədbəxtçilik idi”.
Məsimə