“Əməliyyat otağına gedəndə…” – Məşhur gitara ifaçısı “xərçəng” xəstəsidir – İLK DƏFƏ AÇIQLANDI

Tanınmış gitara ifaçısı Rəhman Məmmədli ağır xəstəliklə mübarizə apardığını bildirib.

Yenicag.az xəbər verir ki, sənətçi açıqlamasında İranda müayinə zamanı həkimlərin onda dəhşətli xəstəlik aşkar etdiyini deyib:

“İranda müayinə olundum, həkim dedi ki, səndə böyrəküstü vəzi “xərçəngi” var. Dedim, iki aydan sonra oğlumun toyudur, gedib, qayıda bilərəmmi? Qorxurdum ki, oğlumun toyunu görə bilmərəm. Razılıq verdi. Əməliyyat otağına gedəndə həkim məəttəl qalmışdı ki, hamı bu otağa əsməcə ilə girir, amma sən qorxmursan. Üstündən beş il keçib. Məni istəməyən insanlara demək istəyirəm ki, sevinməyin, artıq yaxşıyam”.

Sənətçi bunu “Şou ATV” verilişində deyib.

Nehru