Əməliyyatdan sonra tanınmış aktyorun SON DURUMU: “Bir ay vaxt lazımdır ki…”

Parkinson xəstəliyindən xilas olmaq üçün əməliyyat olunan tanınmış aktyor Allahverdi Yolçuyev xəstəxanadan evə buraxılıb.

Sağlıq durumu barədə Yenicag.az-a açıqlama verən aktyor əməliyyatın bir aydan sonra səhhətinə təsir göstərəcəyini bildirib:

“Əlimin əsməsi hələ ki, davam edir, dayanması üçün vaxt lazımdır. Çünki əməliyyat zamanı pil yerləşdirilib və onun birləşdirilməsi prosesi olacaq. Bir ay, bir ay yarımdan sonra pili birləşdirəcəklər. Daha sonra cərəyan verəcəklər və proses sonlanacaq. İnşallah, hər şey yaxşı olacaq”.

Cəvahir