Emənistanda bir ailənin 7 üzvünü qətlə yetirən rus hərbçi cəzasını Rusiyada çəkəcək

Ermənistanın Gümrü şəhərində bir ailənin 7 üzvünü qətlə yetirən, ömürlük həbs cəzasına məhkum olunmuş rusiyalı hərbi qulluqçu Valeri Permyakov cəzasını Rusiyada çəkəcək.

Bu barədə Yeniçağ.Az “Trend”ə istinadən xəbər verir.

Qeyd edək ki, 2015-ci il yanvarın 12-də Ermənistanın Gümrü şəhərində Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov erməni ailəsinin 7 üzvünü amansızcasına qətlə yetirib.

Yeniçağ.Az

COP29