Reklam

Reklam

patronred-from-poachersErmənistandan Azərbaycana silah göndərilib.

2015-ci ildə Ermənistandan Azərbaycana silah-sursat aparılıb. Bu, Dövlət Gəlirləri Xidmətinin statistikası zamanı üzə çıxıb.

Ermənistanın komitə sənədlərinə əsasən, ölkəmizə gətirilən silah-sursatın gömrük dəyəri 84.55 dollar dəyərində olub.

Məsələyə Dövlət gəlirləri komitəsi münasibət bildirərək qeyd edib ki, Ermənistan yığması Bakıda keçirilən Avropa Oyunlarında güllə atıcılığı üzrə yarışlarda iştirak etmək üçün 400 ədəd “5,6 mm-lik” patron aparıb.

Mənbədən verilən məlumata görə, 2014-cü ildə Azərbaycandan Ermənistana xalça aparılıb. Komitənin məlumatında qeyd edilir ki, xalçalar Azərbaycan istehsalıdır, amma Ermənistana başqa ölkələrdən gətirilib.

Xalça Ermənistana 2014-cü ilin oktyabrında aparılıb və “Matenadaran” qədim əl yazmalar institutuna mədəni irs nümunəsi kimi təqdim edilib. Onun ölçüsü 3,17 kvadrat metr və dəyəri 596,45 dollar olub. Bu, 1940-50-ci illərə aid “Şəki-Şamaxı” xalçasıdır.

Dövlət gəlirlər komitəsi xalçanın Ermənistana ABŞ-dan gətirildiyini vurğulayıb.(ans)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 121
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."