Emil Balayevin yeni baş məşqçisi ermənidir – FOTO

Yığma komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstan Premyer Liqası təmsilçisi “Tobol”un yeni baş məşqçisi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, Kostanay təmsilçisini erməni Qriqori Babayan çalışdıracaq.Onunla imzalanan müqavilənin detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Babayan bundan əvvəl “Astana”da “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun köməkçisi işləyib. (offsideplus.az)