Emil Məmmədovdan Vidadi İsgəndərliyə sərt cavab – “Sən türk adına ləkəsən”

“Bunu deyən, bu barədə məlumat yayan yaramazlara, əxlaqsızlara deyirəm ki, mənim dayım uşaqları heç zaman Vidadi İsgəndərlinin atasının qəbrinin təhqir olunması məsələsinə görə polisə çağrılmayıb, polisdə saxlanılmayıb. Bu başdan-başa iftiradır, təkcə mənə qarşı Azərbaycan polisinə və polisinə qarşı düşünülmüş böhtandır. Bəli, mənim dayım uşaqları var, Göyçayda yaşayırlar, orada doğulub və böyüyüblər. Vidadi İskəndərlinin qəbri üstünə gedənlər isə məlum videodan da açıq göründüyü kimi heç göyçaylı deyillər. O videodakı şəxsləri isə qətiyyən tanımıram”.

Yenicag.az xəbər verir ki, bu sözləri AzNews.az-a “Facebook” sosial şəbəkəsində bir milyona yaxın abunəsi olan “Azerbaijan-Azerbaijan” səhifəsinin admini Emil Məmmədov deyib.

O bildirib ki, hazırda Avropada yaşayan Vidadi İsgəndərli gündəmdə qalmaq üçün yenidən atasının qəbri ətrafında iyrənc manipulyasiyalar aparır:

“Ay şərəfsiz, oturmusan Avropada, bütün günü özünü söydürürsən, bəs olmadımı? Sən sifarişlə danışdırılan kuklasan, heç bir ictimai dəyəri olmayan vətən xainisən. İşin gücün Azərbaycanı sevən, yüksəldən, dövlət maraqlarımızı qoruyan insanlara hədyanlar yağdırmaqdır. Sən azərbaycanlı adına, türk adına ləkəsən. İndi gedib qoşulmusan ermənilərə və digər seperatçılara, Azərbaycanı bölmək istəyənlərin maşasına çevrilmisən. Sənə “ayıbdir” demək də olmur, çünki ayıbın nə olduğunu bu yaşında belə qana bilməmisən. 94 yaşlı ananı kimsəsiz qoyub Avropada sülənirsən. Sən get zorladığın qızdan, prokurorluqdan niyə qovulmağından, qız-gəlinə sataşdığına görə dəfələrlə döyülməyindən danış”.

COP29