Təyyarə qəzasında ölən futbolçu Emiliano Salanın ailəsi onun qətlə yetirilmiş ola biləcəyi iddiasını irəli sürüb.
Yenicag.az xəbər verir ki, bu iddia ilə futbolçunun yaxın qohumu Martin Qatti çıxış edib.
Yerli televiziyaların birinə danışan Qatti bunları deyib:
“Bu, bir qəza deyil, Emiliano öldürülmüş ola bilər. Ailəsi də bu fikirdədir. Aiddiyyatı qurumlar bunu araşdırmalıdır. Hadisə “təyyarə qəzaya uğradı, iki nəfər öldü” deyə, şərh edilməməlidir. İşin içində pul olan zaman insanların həyatını ciddiyə almayanlar da var”.