!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Emin Ağalarov atasının şirkətindən getdi

!Reklam – Yazi

Xalq artisti Emin Ağalarov atası Araz Ağalarova məxsus “Crocus Group” şirkətindən getdiyini bildirib.

Yenicag.az xəbər verir ki, Ağalarov bu barədə “RİA Novosti”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bundan sonra öz layihələri üzərində işləyəcək:

“Atamla danışdıq və vəzifələrimin şirkətin aparıcı top-menecerləri arasında bölüşdürülməsinə dair birgə qərar verdik. Hazırda kurort şəhəri “Sea Breeze”, fitnes klublar şəbəkəsinin inkişafı, eləcə də restoranlar şəbəkəsi kimi layihələrimlə məşğulam”, – Ağalarov bildirib.

Qeyd edək ki, Emin Ağalarov 2001-ci ildən “Crocus Group”da işləyirdi.

www.yenicag.az

887
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv