Emin Ağalarov həyat yoldaşının fotolarını paylaşdı

Xalq artisti Emin Ağalarov həyat yoldaşı, rusiyalı model Alyona Qavrilova ilə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, o, toy fotolarını izləyiciləri ilə bölüşərək evlilik ildönümləri olduğunu vurğulayıb.

Evliliklərinin 5-ci ildönümünü keçirən Emin paylaşımına “Sevgilim, yubileyiniz mübarək! Hər şey üçün təşəkkür edirəm” -, deyə şərh yazıb.

Qeyd edək ki, cütlük 2018-ci ildə ailə qurub. Onların Afina adlı bir qızı var.