Emin Ağalarov telekanal açır

77e927ba2e566343f796816c50b0f51c“Crocus Group”un vitse-prezidenti, müğənni Emin Ağalarov “Rusiya media qrupu” şirkətinin ortağı, sabiq baş direktoru Sergey Kojevnikovla birlikdə telekanal açır.
APA-nın “Kommersant”a istinadən verdiyi məlumata görə, “Tvoy dom” (Sənin evin) adlı telekanalın efiri əsasən təmir və tikintiyə həsr olunacaq.

Telekanal peyk və kabel şəbəkələri vasitəsi ilə yayımlanacaq.

S. Kojevnikovun sözlərinə görə, “Tvoy dom” böyük ehtimalla “Crocus Group”a daxil olacaq. Telekanaldan “Crocus Group”a daxil olan eyniadlı gipermarketlər şəbəkəsinin tanıdılması üçün də istifadə olunacaq.