Emin Əmrullayev: “2025-ci ildə 130-a qədər ümumi təhsil müəssisəsində rasionallaşdırma aparılacaq”

2024-cü ildə 147 müəssisədə şagird sayı ilə bağlı rasionallaşdırılma aparılıb.

Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O qeyd edib ki, rasionallaşdırmalar zamanı şagirdlər ən yaxın müəssisələrə cəlb edilib.

“Bu həm təhsil səviyyəsinin yüksəlməsinə xidmət edir, həm də maaliyyə problemlərini həll edir”, – deyə nazir qeyd edib.

E.Əmrullayev bildirib ki, 2025-ci ildə isə 130-a qədər ümumi təhsil müəssisəsində rasionallaşdırma aparılacaq./apa