Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə sektor müdiri vəzifəsindən azad edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Belə ki, sözügedən rayonlar üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb. Onun ərizəsi qəbul edilib.
Onun yerinə hələlik Regional idarənin əməkdaşı təyin edilib.
Qeyd edək kİ, Xəyal Məmmədov 2022-ci ildə Goranboy-Naftalan rayonları üzürə sektor müdri təyin edilib./unikal