Emin Hüseynov: “Azərbaycana qarşı qərəzli münasibət görürük!” – FOTO

Ermənistan mülki şəxsləri, uşaqları və qocaları ballistik raket hücumları ilə öldürməklə beynəlxalq ictimaiyyətin diqqətini işğal faktından yayındırır.

Bunu Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov özünün “Twitter” hesabında yazıb.

O, növbəti dəfə Azərbaycana qarşı ikili standartlar və qərəzli münasibətlərin müşahidə edildiyini vurğulayıb.