Azərbaycan millisinin üzvü Emin Mahmudov klubsuz qalıb.
Yenicag.az xəbər verir ki, yarımmüdafiəçi Portuqaliyanın “Boavişta” klubundan ayrılıb.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Məlumat klub tərəfindən də öz təsdiqini tapıb.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2016-cı ildən “Boavişta”da çıxış edirdi.