Emin “Xalq artisti” adını almasını oğlanları ilə birgə qeyd etdi – Video

Müğənni-bəstəkar Emin Ağalarov “Xalq artisti” fəxri adını almasını qeyd edib.

Yenicag.az xəbər verir ki, müğənni sosial şəbəkədə oğulları Əli və Mikayılla videosunu paylaşaraq “Bayram edirik” yazıb.

Xatırladaq ki, İlham Əliyevin “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncamına əsasən, Emin “Xalq artisti” adını alıb. (qafqazinfo.az)