!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əminə Ərdoğan: “Bakı Türk Liseyi bizim qürur mənbəyimizdir” (FOTOLAR)  

!Reklam – Yazi

“Siz əziz məzunları Türkiyə universitetlərində təhsil almağa dəvət edirəm”.

 

Yenicag.az xəbər verir ki, bu fikirləri Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Bakı Türk Liseyinin yeni korpusunun açılış mərasimindəki çıxışında səsləndirib:

“Bakı Türk Liseyinin yeni korpusunun açılış mərasimində iştirakımdan şərəf duyuram. 1994-cü ildə Türkiyə Diyanət İşləri tərəfindən əsası qoyulan, TİKA tərəfindənsə genişləndirilən Bakı Türk Liseyi bizim qürurumuzdur.
İnanıram ki, Lisey TİKA tərəfindən genişləndirildikdən sonra daha uğurlu fəaliyyət göstərəcək.

Eyni zamanda, bu məktəb Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsidir və iki ölkə arasındakı əlaqələrə öz töhfəsini verir.
Əziz gənclər, təhsil insanın bütün keyfiyyətlərinin nüvəsidir və inanıram ki, siz hər zaman təhsilinizə çox ciddi yanaşacaqsız.

Çox sevindirici haldır ki, iyirmi beş il əvvəl buraya atdığı xeyirli toxumlar səpən Türkiyə Diyanət İşlərinin, məktəbin uğurlu fəaliyyətinə təkan verən TİKA-ya təşəkkür edirəm.
Siz əziz məzunları isə Türkiyə universitetlərində təhsil almağa dəvət edirəm.
Allaha əmanət olun”.

Xanım Əmin Ərdoğan çıxışı zamanı xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini də səsləndirib.

www.yenicag.az

4265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv