Bakının Suraxanı rayonunda ailə-məişət zəmnində baş verən mübahisə zamanı yaşlı kişi başından ağır xəsarət alıb.
Yenicag.az xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.
1969-cu il təvəllüdlü Təhməzov Süleyman Sərxan oğlu yaşadığı evdə oğlunun hücumuna məruz qalıb.
Oğlu atasının başına küt alətlə ağır xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib. Fakt Suraxanı Rayon Polis İdarəsində araşdırılır./Apa/